image-2000x150px
image-fotojet-2022-10-11t120425-759backend

Koronavirus peyvəndi ilə bağlı ARAŞDIRMA

image-728x90px

ABŞ-da aparılan araşdırma nəticəsində mRNA texnologiyası ilə hazırlanan koronovirus peyvəndi ilə bağlı iddialar irəli sürülüb.

Belə ki, 18-39 yaş arası kişilərdə peyvəndin ürəklə bağlı problemlər və infarkt nəticəsində ölümləri 84 faiz artırdığı bildirilib. Qeyd edilir ki, ölüm hallarının əksəriyyəti peyvənddən sonrakı 28 gün ərzində baş verir.

Araşdırma zamanı peyvənd vurulan şəxslər 25 həftə izlənlib və bu qənaətə gəlinib ki, o, bütün yaş qrupundan olan kişilərdə ürəklə bağlı narahatlıqları və infarktı artırır.

Eyni zamanda, peyvəndin koronovirus pandemiyası zamanı faydalı olmasına diqqət çəkilir və artıq buna gərək olmadığı vurğulanır:

“Pandemiya zamanı peyvəndin faydaları zərərindən daha çox idi və peyvəndin vurulması lazım idi. Artıq pandemiya bitib və dünya əhalisində koronavirusa qarşı immunitet formalaşıb. COVID peyvəndlərinə və xüsusilə də, mRNA vaksinlərinə ehtiyac qalmayıb”.

Xüsusilə də miokardit və perikardit kimi narahatlığı olanların mRNA peyvəndləri vurdurmamaları tövsiyə edilir.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki