image-2000x150px
image-123
image-ads_atlas
image-5e937419-196f-3278-b89b-d7250f5acb5b_850backend

Koronavirusla mübarizədə iştirak edən şəxslərə ödənilən vəsait açıqlanıb

image-728x90px

Azərbaycan Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2022-ci ilin may – iyul ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 448 min manata yaxın, qeyri-tibb işçilərinə isə 44 min manata yaxın müddətli əlavə ödənilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Tibb və qeyri-tibb tibb işçilərinə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:

AylarDövlət tibb müəssisələri üzrəCəmi
Tibb işçiləriQeyri-tibb işçiləri
May237 868,70 AZN (1 107 nəfər)21 921,72 AZN

(386 nəfər)

259 790,42 AZN

(1 493 nəfər)

İyun82 640,16 AZN (385 nəfər)8 316,73 AZN

(56 nəfər)

90 956,89 AZN (441 nəfər)
İyul127 352,85 AZN (438 nəfər)13 380,51 AZN

(104 nəfər)

140 733,36 AZN

(542 nəfər)

CƏMİ:447 861,71 AZN

(1 930 nəfər)

43 618,96 AZN

(546 nəfər)

491 480,67 AZN

(2 476 nəfər)

Qeyd edilib ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən iyun və iyul ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin 03 avqust 2022-ci il tarixli 275 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il sentyabrın 1-dək uzadılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki