image-2000x150px
image-123
image-ads_atlas
image-7bd1a62693c9bfb2backend

Kriştianu Ronaldu beşinci Dünya Çempionatında iştirak edəcək – FOTO

image-728x90px

Kriştianu Ronaldu 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün Portuqaliyanın yekun heyətinə daxil edilib.

Bu barədə cümə axşamı Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə heyətə 26 nəfər daxil edilib.

Qeyd edək ki, Ronaldudan öncə beş Dünya Çempionatında yalnız meksikalılar Antonio Karbaxal, Rafael Markes və alman Lotar Matteus iştirak edib. İtaliyalı Canluici Buffon da beş Dünya Çempionatına qatılsa da, dördündə meydana çıxıb.

Portuqaliya H qrupunda Qana (24 noyabr), Uruqvay (26 noyabr) və Cənubi Koreya (2 dekabr) ilə mübarizə aparacaq.

Seçmənin Dünya Çempionatlarında ən yaxşı nəticəsi 1966-cı il turnirində üçüncü yer tutmasıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki