image-n1karobka_ads
image-123
image-img-20251020-wa0055backend

“Küçə sənətçiləri” layihəsində iştirak üçün müsabiqə elan edildi – FOTO

image-ad_qayo_720x110px

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsi “Küçə sənətçiləri” layihəsində iştirak etmək üçün müsabiqə elan edib.

Doğru.az xəbər verir ki, layihə Bakı şəhərinin mərkəzində 20 qalib iştirakçı üçün xüsusi ayrılmış çıxış yerlərində küçə sənətçilərinin öz istedad və bacarıqlarını sərbəst şəkildə nümayiş etdirmələrinə dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.

Layihənin məqsədi həm müasir dünyada geniş yayılmış küçə sənətinin (“Street Performance”) biznes və turizm aspektlərinin gənclər arasında təbliği, həm də turistlərin marağına səbəb olacaq yeni şəhər fəaliyyət növlərinin formalaşdırılmasına dəstək olmaqdır.

Küçə sənətçiləri ifaçılıq, rəssamlıq, aktyorluq, dulusçuluq, toxuculuq, kuklaçılıq, fotoqraflıq, rəqs, musiqi performansları, komediya, mim, pantomim, sehrbazlıq və digər sənət növlərində öz bacarığını nümayiş etdirə biləcəklər.

Müsabiqə iki mərhələdə keçiriləcək:

Birinci mərhələdə iştirakçılar 3 dəqiqəlik videoçarxlarını onlayn təqdim edəcək və mütəxəssislər tərəfindən qiymətləndiriləcək;

İkinci mərhələdə isə müsbət rəy alan namizədlər əyani çıxış edərək 10 ballıq sistem üzrə dəyərləndiriləcəklər. Ən yüksək bal toplayan 20 nəfər qalib seçilərək 1 il ərzində layihədə iştirak etmək imkanı qazanacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 20–30 oktyabr 2025-ci il tarixlərində qeyd olunan əlaqə vasitələri ilə müraciət edə bilərlər:

DOĞRU.AZ

image-img-20251020-wa0055

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki