image-n1karobka_ads
image-123
image-64ba771318c0c64ba771318c0d168994177986e5ce614b107df9db15e43715c801b3backend

Külək güclənəcək, bəzi yerlərdə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında avqustun 29-da axşamdan 30-da səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Azərbaycanın rayonlarında avqustun 29-da səhər şimal və qərb rayonlarından başlayaraq 30-da axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki