image-n1karobka_ads
image-123
image-kulekbackend

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib – FOTO

İyunun 9-da ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboy, Daşkəsən, Ağdam, Tərtər, Bərdə, Şəki, Qax, Zaqatala, Göygöl, Gəncə, Naftalan, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 10-dək fasilələrlə davam edəcək.

DOĞRU.AZ

image-1717869015380153468_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki