Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26 avqust – Laçın Şəhəri Günü üçüncü dəfə böyük təntənə ilə qeyd ediləcək.
Doğru.az xəbər verir ki, tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, dövlət rəsmiləri, mədəniyyət xadimləri və qonaqlar iştirak edəcəklər. Proqram çərçivəsində tanınmış incəsənət ustalarının və bədii kollektivlərin iştirakı ilə möhtəşəm konsert də təqdim olunacaq.
Qeyd edək ki, 2025-ci il Laçın üçün xüsusi əhəmiyyət daşıyır. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, şəhər bu il “MDB-nin mədəniyyət paytaxtı” missiyasını həyata keçirir.
DOĞRU.AZ