image-2000x150px
image-123
image-ads_atlas
image-30434_xrr52bmgu4backend

Laçında ağır qəza – Ölənlər var

image-728x90px

Laçın rayonu ərazisində kənd təsərrüfatı texnikasının qəzaya uğraması nəticəsində 2 nəfər vəfat edib.

Doğru.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Laçının Güləbird kəndi ərazisində “Kroun KO-R” MMC-yə məxsus olan “Class 630” markalı traktor dərəyə aşıb. Nəticədə kombayn sürücüləri: 1990-cı il təvəllüdlü Kazım Abbasov və 1979-cu il təvəllüdlü Yusif Abışov aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Traktoru idarə edən 1969-cu il təvəllüdlü Müşfiq Əliyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən K.Abbasov Gəncə, Y.Abışov isə Samux sakini olub. Traktoru idarə edən M.Əliyev isə Goranboy rayonunun Goran qəsəbəsinin sakinidir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki