image-2000x150px
image-123
image-ads_atlas
image-a15df061-d336-350c-8d15-1d76f7171678_850backend

Laçınlı baş redaktor: “Laçın şəhərinə qayıdacağımız günü səbirsizliklə gözləyirdik”

image-728x90px

“Hər birimiz Azərbaycan Ordusuna, dövlətimizə inanır və səbirsizliklə bu günü gözləyirdik. Hamımız Laçın şəhərinə geri qayıtmağa hazırlaşırıq”.

Bu fikirləri  “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli deyib.

Ən böyük arzularından birinin Laçın şəhərinə, bütöv və azad Laçına getmək olduğunu bildirən A.Məmmədli bu müqəddəs səfərinin ən qısa vaxtda gerçəkləşəcəyinə ümid edir.

O, Ali Baş Komandanın bu gün səhər Laçınla bağlı müjdəli xəbərindən çox sevincli olduğunu və buna görə də hisslərini düzgün ifadə edə bilmədiyini vurğulayıb.

Baş redaktor söyləyib ki, Laçının tamamilə ermənilərdən təmizlənməsi həm də siyasi əhəmiyyət daşıyır: “İndiyə kimi ermənilər Laçında, şəhərin özündə, Zabuxda və Susda qalacaqlarına ümid edirdilər. Artıq onların inamı sarsıldı. Bundan sonra ermənilər Qarabağdan gözlərini birdəfəlik çəkməlidirlər. Bundan sonra ermənilər arasında böyük ruh düşkünlüyü hökm sürəcək və onlar ərazilərimizlə bağlı xülyalarını unudacaqlar”.

A.Məmmədli həmçinin bildirib ki, Laçının ermənilərdən tamamilə təmizlənməsi həm də beynəlxalq ictimaiyyətə açıq bir mesajdır: “Artıq bütün dünya başa düşməlidir ki, Azərbaycan haqq işini görür, öz ərazi suverenliyini bərpa edir. Böyük güclər artıq bu həqiqətlə barışmalıdır. Bundan başqa, Laçının tamamilə ermənilərdən təmizlənməsinin bir əhəmiyyəti də daxildə bəzi pessimist fikirli insanlarda inamın bərpa olunmasıdır. Beləliklə, bizi qarşıda daha böyük qələbələr, uğurlar gözləyir”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığını, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünü müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki