image-2000x150px
image-123
image-ads_atlas
image-maxresdefaultbackend

Lahıcda “Jeep” qarda qaldı – VİDEO

image-728x90px

İsmayıllıda avtomobil buzlu yolda qalıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Lahıc qəsəbəsində içərisində 2 nəfərin olduğu “Jeep” markalı minik avtomobilinin yolsuzluq şəraitində qalması səbəbi ilə “112” qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Görülən tədbirlər nəticəsində avtomobil təhlükəsiz əraziyə çıxarılıb və hərəkəti təmin edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki