2023-cü ildə Latviya Rusiyaya rekord miqdarda viski tədarük edib və bu göstəriciyə görə bütün digər ixracatçıları 3 dəfə üstələyib.
Rusiyaya tədarükün əsas hissəsi – pul ifadəsində ümumi həcmin 73%-i və ya 251,2 milyon dolları Latviyanın payına düşüb.İkinci yeri 39 milyon dollar dəyərində viski tədarük edən Litva tutub.
Böyük Britaniya Rusiyaya 14,8 milyon dollar dəyərində viski ixrac edib, Fransa və Ermənistan isə 7 milyon dollar dəyərində viski verib.
Agentlik qeyd edir ki, Latviya və Litva 2022-ci illə müqayisədə Rusiyaya tədarükünü 3,5 və 4 dəfə artırıb. Eyni zamanda, Böyük Britaniya və Fransadan viski ixracı azalıb – 23% və 27%.
Mənbə Lenta.ru