Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, yeni dünya nizamı BMT Nizamnaməsinin prinsiplərinin möhkəm təməli üzərində qurulmalıdır.
Bu barədə o, Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məqaləsində yazıb.
“İndi əsas məsələ onun nizamnamə prinsiplərinin opportunist seçmə hoqqası ilə məhv edilməsinin qarşısını almaq, onların bütövlükdə və bütün ölkələr tərəfindən qarşılıqlı əlaqədə həyata keçirilməsinə nail olmaqdır”, – Lavrov qeyd edib.
Onun sözlərinə görə, yalnız BMT Nizamnaməsində göstərilən beynəlxalq hüquq normalarına riayət etməklə bəşəriyyət “birqütblü dövrün zərərli mirasını” aradan qaldırmaq şansı əldə edəcək.
Mənbə: Lenta.ru