image-n1karobka_ads
image-123
image-6313a40b547036313a40b5470416622315631027999c5a15914e2de2dd5131567865backend

Lənkəran sakininin üzərinə panel düşdü, vəziyyəti…

image-ad_qayo_720x110px

Lənkəranda tikinti zamanı bir nəfər xəsarət alıb.

“Doğru.Az”-ın xəbərinə görə, hadisə Şilavar kəndi ərazisində fərdi tikinti sahəsində baş verib.
Avtokran paneli qaldırarkən qəza baş verib, panel burazdan çıxaraq yerə düşüb.

Nəticədə 1979-cu il təvəllüdlü Şilavar kənd sakini Elnur Məhəmməd oğlu Hüseynov xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, E.Hüseynov tikinti materiallarının satışı ilə məşğul olur. Faktla bağlı araşdırma aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki