image-2000x150px
image-123
image-ads_atlas
image-64862d4a-817d-3992-867b-0f1b5ca97c6f_824-1backend

Lənkəran və Bakıda ağacların kəsilməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

image-728x90px

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonunda və Bakı şəhərinin Binəqədi rayonunda ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 10950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Xidmətdən   verilən məlumata görə, faktlarla bağlı Lənkəran rayon sakini Nazim Mirzəyev və Binəqədi rayon sakini Eldar Cəbrayılov barəsində akt tərtib olunub.

Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün hər iki fakt üzrə toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki