image-ads_n1karobka_mobile
image-631ec5b168b96631ec5b168b971662961073631ec5b168b94631ec5b168b95backend

Lənkəranda narkotik satan 23 nəfər TUTULDU

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 23 nəfər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Doğru.Az“-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 həftə ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 23 nəfər saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki