image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220811_150841_969backend

Lerik rayon İcra Hakimiyyətində vətəndaşlar qəbul edildi, problem və müraciətləri dinlənildi – FOTO

image-728x90px

Doğru.Az xəbər verir ki, 09 avqust 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 153 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edildi.

Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, qaz çəkilişi, içməli su problemi, maddi yardım, ev tikintisi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi.

Qəbulda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Vətəndaşlar müraciətlərinə baxılması üçün əlverişli və rahat şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

image-fb_img_1660215723467image-fb_img_1660215718646

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki