image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1661506790320backend

Lerik rayon icra hakimiyyətinin başçısı sərəncam verdi – FOTO

image-728x90px

Doğru.Az xəbər verir ki, 25 avqust 2022-ci il tarixində rayonun “Mülki Müdafiə Planı”na və rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamına uyğun olaraq Lerik şəhər “Gənclik” stadionu ərazisində Lerik rayonu üzrə ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirildi.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, FHN-nin Cənub Regional Mərkəzinin rəisi Müsəddiq Əsədov, aidiyyəti idarə müəssisə rəhbərləri iştirak edirdilər.

Məşqin keçirilməsinin məqsədi ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiya vermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olmuşdur.

Ərazi mülki müdafiə dəstəsinin komandiri, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Mirzəyev rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların bazasında yaradılmış qruplar və fövqəladə hal baş verdiyi təqdirdə onların funksional vəzifələri ilə bağlı məlumat verdi.

Sonda məşqin gedişinin təhlili aparıldı və müvafiq tapşırıqlar verildi.

image-fb_img_1661506785073 image-fb_img_1661506779732

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki