Rayonumuzun sakinlərinin, həmçinin rayona gələn turistlərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə infrastruktur layihələr sırasında yolların təmiri, səki və meydanların yenidən qurulması, yaşıllıqların salınması hədəflərimizdən biridir.
Bu hədəflərə çatmaq üçün abadlıq-quruculuq işlərinə başlanılmış, şəhərin Heydər Əliyev Meydanının, Milli Qəhrəman R.Abdullayev, şəhid Ə.Yaqublu, E.Səfərov, E.Əsədullayev adına küçələrinin əsaslı təmiri və abadlıq işlərinin, o cümlədən Hıramo kəndinə gedən yolda istinad divarlarının qurulması işləri sürətlə davam etdirilir.
Qeyd edək ki, rayonun infrastrukturunun yaxşılaşdırılması üçün görülən bu işlər vətəndaşlar tərəfindən qaldırılmış problemlər, verilmiş təkliflər nəticəsində mərhələli şəkildə həyata keçiriləcək və bütün küçələrdə abadlıq-quruculuq işləri davamlı şəkildə aparılacaqdır.
DOĞRU.AZ