image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1661505542682backend

Lerikdə icra hakimiyyətinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirildi – Fotolar

image-728x90px

Doğru.Az  xəbər verir ki, 25 avqust 2022-ci il tarixdə Lerik Rayon Mərkəzi Xəstəxanasında Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və Lerik Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin təşkilatçılığı ilə könülü qanvermə aksiyası keçirildi.

Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri böyük coşqu ilə könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulmuşdular.

Aksiyada 150 nəfərə yaxın rayon sakini iştirak edirdi. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılır, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilirdi.

Tibbi personalın yoxlamasından sonra tam sağlam olan 88 nəfər vətəndaşdan qan götürüldü. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, xroniki böyrək çatışmazlığından və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər, o cümlədən uşaqlar üçün könülü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd etdilər.

DOĞRU.AZ

image-fb_img_1661505544575 image-fb_img_1661505546728 image-fb_img_1661505549024

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki