image-n1karobka_ads
image-123
image-fb_img_1749317683335backend

Lerikdən foto-müxbir Əflatun Məmmədovun hekayəsi

Doğru.az xəbər verir ki, Lerik şəhərindən olan Əflatun Məmmədovun həyat və fəaliyyət yolu diqqətəlayiqdir. O, təhsilini 1 saylı məktəbdə başlayıb, daha sonra 3 saylı məktəbdə davam etdirərək 10-11-ci sinifləri bitirib. Əflatun həmçinin yerli mətbuat sahəsində fəaliyyət göstərərək Lerik qəzetində foto-müxbir kimi çalışıb.

Onun foto sənətinə olan sevgisi və peşəkarlığı onu şəhərin Tarix Muzeyində 14-il foto əsəri ilə təmsil etməyə gətirib. Eyni zamanda, Lerik İcra Hakimiyyətində də 10-ildən çox işlə foto-müxbir kimi fəaliyyət göstərib.

Əflatun Məmmədovun çəkdiyi fotoşəkillər təkcə sənət deyil, həm də bölgənin tarixi və mədəni həyatının canlı sənədidir. Onun bu uğuru Lerikin mədəniyyətinə və mediasına verdiyi dəyərin göstəricisidir.

Doğru.az olaraq Əflatun Məmmədova gələcək işlərində uğurlar arzu edirik və onun yaratdığı dəyərin geniş ictimaiyyətə çatmasını diləyirik.

DOĞRU.AZ

image-fb_img_1749317932946

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki