image-2000x150px
image-123
image-ads_atlas
image-5855217-1backend

“Lexus”la motosiklet sürücüsünün ayağının üstündən keçdi, döyüb təhqir etdi – FOTO

image-728x90px

Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.

Doğru.Az xəbər verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb.

Belə ki, motosiklet sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü motosikleti dayandırıb.

Görüntülərdə “Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və təhqir edir. /Qafqazinfo

image-5855216 image-5855218 image-5855219

 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki