image-2000x150px
image-123
image-ads_atlas
image-be5164963a597fd5b360ccca2171c756backend

Leysan və qar yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

image-728x90px

Martın 25-i günün birinci yarısında, 26-si günün ikinci yarısında qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara bölgələrində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin 15-20 m/s, 26-gündüzdən 27-si səhərədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki