Cənubi Koreya şirkəti LG 2025-ci il iyunun 30-dan etibarən mobil cihazlar üçün proqram təminatının yenilənməsi xidmətlərini təqdim etməyi dayandıracaq.
Bu barədə şirkətin saytında aprelin 10-da dərc olunmuş məlumatda deyilir.
“LG Electronics mobil telefon məhsullarını hər zaman dəstəkləyən bütün müştərilərə səmimi təşəkkürümüzü bildirmək istərdik… Lazım gələrsə, xidmət müddəti 30 iyun 2025-ci ildə başa çatana qədər proqram təminatını yeniləyin”, – elanda deyilir.
Martın sonunda Cənubi Koreyanın LG Electronics şirkəti Ukraynada xüsusi əməliyyat başlayandan sonra dayandırılmış Moskva zavodunun sınaq buraxılışını həyata keçirdiyi barədə məlumat verilmişdi . Şirkət nümayəndəsi qeyd edib ki, Rusiya filialının gələcək fəaliyyəti məsələsi hökumətlərarası razılaşmalardan asılı olacaq.
DOĞRU.AZ