image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-02-22t010104-027backend

“Liverpul” – “Real Madrid” oyununda 7 qol, “Napoli” “Ayntraxt”dan üstün oldu – YENİLƏNİB + VİDEO

image-728x90px

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Gecənin ən prinsipial matçı İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i arasında baş tutub.

Görüşə ev sahibləri yaxşı başlayaraq 14 dəqiqəyə 2 top vursalar da, “Kral” klubu mersisaydlıları qol vurmağa peşman edib. İspanlar ingilislərin qapısından düz 5 top keçirərək səfər oyununda darmadağına imza atıblar – 2:5.

Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”ın qonağı olub. Bu görüş də qonaqlar üçün uğurlu olub və ikinci hissənin böyük bir qismini say üstünlüyü ilə keçirən italyanların qələbəsilə yekunlaşıb – 0:2.

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransada PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.

00:58

Çempionlar Liqasının 1/8 finalı çərçivəsində baş tutan “Liverpul” – “Real Madrid” matçında hər iki komandanın qapıçısı kobud səhvlərlə yadda qalıb.

Əvvəlcə Kral klubunun qolkiperi Kurtua oyunun 14-cü dəqiqəsində Salahın hesabı 2:0-a çatdırmasına şərait yaradıb.

36-cı dəqiqədə isə onun “Liverpul”lu həmkarı Alisonun səhvi hesabın bərabərləşməsinə səbəb olub – 2:2.

Hazırda matçın birinci hissəsi başa çatıb.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki