image-2000x150px
image-123
image-ads_atlas
image-677f5ea6f4e75249f811e7caf1cc0569cad75710146cd69474ed55820928fc93backend

Loqopedik mərkəzin direktoru və işçiləri ev dustağı edildi – Yenilənib

image-728x90px

Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətləri məhkəməyə daxil olub.

Doğru.Az xəbər verir ki, Nizami rayon Məhkəməsində daxil olan vəsatətlərdə hər üç şəxs barəsində 3 aylıq ev dustağı qətimkan tədbirinin seçilməsi və vəzifədən kənarlaşdırılması göstərilib.

İşlər hakim Nigar Qədirlinin icraatına verilib və yaxın saatlarda baxılacaq.

Nizami rayon Məhkəməsinin spiker hakimi Qumru Əliyeva faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

***

Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə baxılıb.

Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən proseslərdə vəsatət təmin edilib və hər üç şəxs barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib və onlar vəzifədən kənarlaşdırılıblar.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki