image-2000x150px
image-123
image-ads_atlas
image-1661853557_1backend

Lotu Qulinin qardaşı Moskvada saxlanılıdı – Təfərrüat

image-728x90px

2020-ci ilin avqustunda Türkiyədə qətlə yetirilən azərbaycanlı “oğru” Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Səlifov saxlanılıb.

Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, Namiq Səlifov (Namiq Bakinski) Moskva şəhərində Rövşən Abbasov adlı başqa bir kriminalitetlə birgə əməliyyat zamanı polisin əlinə keçib.

Məlumat üçün deyək ki, Namiq Səlifov da “oğru” statusu daşıyır. Ona kriminal aləmin ali titulu 2013-cü ildə Türkiyədə keçirilən “sxodka”da verilib.

Namiq Bakinski Lotu Qulidən sonra ən nüfuzlu “oğru”lardan sayılır. Qardaşının tərəfdarları hazırda onun ətrafında birləşib.

Namiq Səlifov qardaşı qətlə yetiriləndən sonra kriminal dünyaya təsir imkanlarını artırmaq üçün müxtəlif aktlar həyata keçirib. Vaxtilə, Lotu Quli ilə konfliktdə olan kriminal qruplar zərərsizləşdirilib, ətrafına yeni adamlar toplayıb və s.

2021-ci ildə Rusiyada qətlə yetirilən azərbaycanlı kriminalitet Əli Heydərovun (Albert Rıjıy) öldürülməsi də onun aktivinə yazılır. Doğrudur, bununla bağlı ortada hər hansı sübut yoxdur. Lakin Namiq Səlifovla Əli Heydərovun bir dəfə toqquşması bəs edib ki, ikincinin qətli birincinin əməli kimi təqdim edilsin.

Namiq Səlifovun Moskvada saxlanılması da bu olayla bağlıdır. Rusiya hüquq-mühafizə orqanları hansısa səbəblərdən bu qətldə məhz Namiq Bakinskini şübhəli bilirlər.

Yeri gəlmişkən, Əli Heydərovun qatili hadisədən bir gün sonra həbs edilib. Mətləb Sultanov adlı həmin şəxs ilkin ifadəsində kriminal avtoriteti qətlə yetirdiyini etiraf edib. O, həmçinin qətlin sifarişli olmadığını bildirib. “Albert Rıjıy”ı öldürdüm. O, məni söymüşdü. Söyüb. Telefonda”,- deyə Mətləb Sultanov əlavə edib.
Bununla belə, Namiq Səlifovun Əli Heydərovun qətlinə görə saxlanılması cinayət işinin açıq qaldığını göstərir.

Namiq Səlifovun bu hadisədə əli olduğu sübuta yetirələrsə, uzunmüddətli həbsə göndərilə bilər. Nəzərə alsaq ki, Səlifovun xeyli düşmənləri var, onun ələ keçməsinin təşkil olunduğunu düşünmək olar.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki