image-n1karobka_ads
image-123
image-694d3f6e02e8bd02d16242cabackend

LUKOIL rəhbərliyi üçün 60 milyon rublluq korporativ tədbir keçirib

image-ad_qayo_720x110px

Rusiyanın LUKOIL neft şirkəti rəhbərlik üçün qapalı korporativ tədbir təşkil edib və bu tədbirə ən azı 60 milyon rubl xərcləyib.

Doğru.az xəbər verir ki, məlumatı Telegram kanalı Mash yayıb.

Bildirilib ki, tədbir Moskvanın mərkəzindəki üçmərtəbəli Modus malikanəsində baş tutub. İddialara görə, orada müğənnilər Filipp Kirkorov, Nadejda Kadışeva, Tatyana Bulanova, Valeri Leontyev və digər məşhurlar çıxış ediblər.

Dekabrın əvvəlində “Kommersant” qəzeti Rusiya bizneslərinin Yeni il korporativ məclislərinə marağının 30% azaldığını xəbər vermişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki