image-n1karobka_ads
image-123
image-68ffc153ae5ac910261e95b1backend

LUKOIL xarici aktivlərini satır – ABŞ sanksiyaları təsir göstərdi

image-ad_qayo_720x110px

Rusiyanın “LUKOIL” şirkəti xarici aktivlərini satmaq niyyətindədir.

Doğru.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, bir sıra ölkələrin şirkətə və onun törəmə müəssisələrinə qarşı sanksiyalar tətbiq etməsi bu qərara səbəb olub.

“Biz potensial alıcıların müraciətlərini nəzərdən keçirməyə başladıq”, – deyə şirkətin açıqlamasında bildirilib.

Xatırladaq ki, oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “LUKOIL” neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini elan edib.

Məlumata görə, “LUKOIL”in Finlandiyadakı törəmə şirkəti Teboil artıq iki yanacaqdoldurma məntəqəsinin sanksiyalar səbəbindən yaxın günlərdə bağlanacağını açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki