“RİA Novosti” mənbəsindən alınan məlumata görə, “Luna-25” planetlərarası stansiyanın fəlakətinin mümkün səbəbi oriyentasiya və sürətlənməni ölçmək üçün nəzərdə tutulmuş Bius-L cihazının nasazlığı ola bilər.
Bu cihaz əvvəllər kosmosda sınaqdan keçirilməyib. Aparatın nasazlığının qəzaya səbəb ola biləcəyi ilə bağlı suala agentliyin həmsöhbəti müsbət cavab verib.
Onun sözlərinə görə, Bius-L kosmik stansiyanın oriyentasiyasını və uçuş sürətini müəyyən etmək üçün istifadə olunur. Alınan məlumatlar mühərrikə əmrlər verən stansiya kompüterinə ötürülür.
Həmsöhbət xüsusilə vurğuladı ki, istənilən cihazın etibarlılığı onun kosmik uçuşda sınaqdan keçirilməsindən asılıdır. O qeyd edib ki, hər zaman yenisini yox, özünü təsdiq etmiş cihazı seçmək daha üstündür. Lakin Bius-L kosmosda sınaqdan keçirilməyib.
Mənbə vurğulayıb ki, naviqasiya cihazının nasazlığı versiyalardan yalnız biridir və son qərarı fövqəladə hallar komissiyası verəcək.
Mənbə: Lenta.ru