Macarıstanın seçilmiş baş naziri Peter Magyar bir neçə yüksək vəzifəli məmuru və prezident Tamaş Şujoku könüllü istefa verməyə çağırıb.
Doğru.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Ultimatum təkcə hazırkı prezidentə deyil, həm də Ali və Konstitusiya Məhkəmələrinin sədrlərinə, Milli Ədliyyə Orqanının rəhbərinə və baş prokurora şamil olunur. Magyar bildirib ki, hökumət rəsmilərinin könüllü istefa verməsi üçün müəyyən vaxt verilib.
Baş nazir vurğulayıb ki, “Əgər bu vəzifəli şəxslər 31 maya qədər könüllü olaraq istefa verməsələr, milyonlarla macar seçicidən aldığımız mandata əsasən onları vəzifələrindən uzaqlaşdıracağıq”.
DOĞRU.AZ

























