image-2000x150px
image-123
image-ads_atlas
image-a77603ed-1479-3d1e-86cf-106c9887071f_850backend

Macarıstanın “MOL” şirkəti öz zavodunda Azərbaycan neftindən istifadə etməyə başlayıb

image-728x90px

Macarıstanın MOL şirkəti Slovakiyanın paytaxtı Bratislavadakı neft emalı zavodunda (NEZ) müxtəlif növ yanacaq istehsalı üçün Azərbaycan neftindən istifadə etməyə başlayıb.

“Azeri Light” markalı neftin partiyası Xəzər şelfindəki MOL-un beynəlxalq konsorsiumun heyətində emalında iştirak etdiyi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından Bratislavadakı zavoda tədarük ediləcək.

Əvvəlcə neft dəniz yatağından Bakı yaxınlığındakı Səngəçal terminalına nəql edilib və oradan MOL-un səhmdarından biri olduğu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizindəki Türkiyə limanına vurulub.

“90 min ton xam neft Türkiyənin Ceyhan limanından “Seavelvet” tankeri ilə Xorvatiyanın Omişal limanına çatdırılıb və o, Adriatik boru kəməri ilə “Slovnaft”ın (MOL-un törəmə müəssisəsi – red.) Slovakiyadakı NEZ-nə daşınacaq”, – Macarıstan şirkəti bildirib.

O qeyd edib ki, Azərbaycan neftinin Bratislavadakı NEZ-ə tədarükü şirkətə xammalın çıxarılmasından hazır neft məhsullarının satışına qədər yeni istehsal zənciri yaratmağa imkan verəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki