Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən başlarından xəsarət alıblar.
Doğru.az xəbər verir ki, CNN-in məlumatına görə, Maduro və Flores yaşadıqları ərazidə ağır polad qapının arxasında gizlənməyə cəhd ediblər. Lakin qapının alçaq olması səbəbindən qaçmağa çalışarkən başlarını vurublar.
Telekanal bildirir ki, onlar kompleksdən çıxarıldıqdan sonra Delta Force hərbçiləri tərəfindən saxlanılıb və dərhal ilkin tibbi yardım göstərilib.
Məlumata görə, Siliya Floresin vəkili Mark Donnelly daha əvvəl Nyu-York məhkəməsində çıxışı zamanı müvəkkilinin saxlanılma və daşınma prosesi zamanı xəsarət aldığını, təyyarənin qaçırılması zamanı isə qabırğalarının sındığını bildirib.
Hadisə ətrafında məlumatlar beynəlxalq mediada geniş müzakirə olunmaqdadır.
DOĞRU.AZ




























