Venesuela prezidenti Nikolas Maduronun oğlu Querra atasının ABŞ tərəfindən ələ keçirilməsindən sonra açıq müraciət edib.
Doğru.az xəbər verir ki, Daily Mail qəzetinin məlumatına görə, çıxışı zamanı göz yaşlarına boğulan Querra bildirib:
“Ata, sən qayıdana qədər biz öz vəzifəmizi yerinə yetiririk… Vətən etibarlı əllərdədir, ata və tezliklə burada, Venesuelada görüşəcəyik.”
O, həmçinin atasının Venesuelaya qayıtmasını tələb edib və beynəlxalq ictimaiyyəti dəstəkləməyə çağırıb.
Yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat başlayıb, prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edilərək ölkədən çıxarılıb. Yanvarın 5-də Nyu-York məhkəməsində dinləmə keçirilib, Maduro özünü günahsız hesab etdiyini bildirib. Növbəti dinləmə martın 17-nə təyin olunub.
Bu arada, Delsi Rodrigez rəsmi olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra edən kimi and içib.
DOĞRU.AZ




























