image-2000x150px
image-123
image-ads_atlas
image-36156_s7hvlq8r7lbackend

Magistr olmaq istəyənlərin nəzərinə

image-728x90px

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət edib.

Doğru.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

“Məlum olduğu kimi, Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü ildə keçiriləcək.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün bu linkə daxil olmalıdırlar”, – qurumdan bildirilib.

Qeyd edilib ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

DOĞRU AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki