image-n1karobka_ads
image-123
image-17471379926423443944_1200x630backend

Magistraturaya qəbul imtahanında ilkin nəticələr açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olmaq istəyənlər üçün mayın 11-də keçirilmiş imtahanın qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqları üzrə nəticələri elan edib.

Doğru.az xəbər verir ki, imtahan iştirakçıları bu mərhələdə ümumilikdə 95 tapşırıq üzrə nəticələrini öyrənə bilərlər. Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə yazılan esse tapşırıqları yoxlanıldıqdan sonra müəyyən olunacaq. Bu prosesin 6 həftə ərzində başa çatdırılması planlaşdırılır.

İştirakçılar imtahanda ümumilikdə maksimum 100 bal toplaya bilərlər:

Qapalı və kodlaşdırıla bilən açıq tapşırıqlar – 95 bal

Esse tapşırığı – 5 bal

Statistika və apellyasiya prosesi

Bu il imtahanda iştirak üçün 20.549 bakalavr qeydiyyatdan keçib. Onlardan 697 nəfəri müxtəlif səbəblərdən imtahana qatılmayıb.

İmtahan nəticələrinə dair apellyasiya müraciətləri, yalnız esse nəticələri də açıqlandıqdan sonra, yəni yekun imtahan balı təqdim edildikdən sonra qəbul ediləcək. Əvvəlcədən bildirildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işləri ilə bağlı iradlar nəzərə alınacaq.

DİM vətəndaşlara xatırladır ki, cavab kartları optik oxuyucu qurğular vasitəsilə yoxlanılır. Bu səbəbdən təlimata uyğun olmayan işarələmələr, məsələn, eyni sualda iki dairənin işarələnməsi və ya düzəliş edilmiş cavabların texniki cəhətdən səhv tanınması kimi hallar sistem tərəfindən etibarsız sayılır və qiymətləndirilməyə daxil edilmir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki