Fransa prezidenti Emmanuel Makron ölkə hərbçilərinə müraciətində müdafiə xərclərinin sürətlə artırılacağını bildirib.
Doğru.az xəbər verir ki, dövlət başçısı 2027-ci ilə qədər Fransanın hərbi büdcəsinin 64 milyard avroya çatacağını bəyan edib.
“Biz 2030-cu ilə qədər hərbi büdcəni iki dəfə artırmağı planlaşdırsaq da, bunu 2027-ci ilə qədər reallaşdıracağıq… Müdafiə büdcəsi on il ərzində ikiqat artacaq”, – deyə Makronun sözlərini TASS agentliyi sitat gətirib.
Qeyd edək ki, bundan əvvəl Makron Ukrayna səmasında “istəklilərin koalisiyası”nın patrul edəcəyini bildirmişdi.
DOĞRU.AZ