Avropa İttifaqı Çinlə daxili islahatlar və əməkdaşlıq yolu ilə ticarət balanssızlığını aradan qaldırmağa borcludur.
Doğru.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “Financial Times” qəzetində dərc olunan məqaləsində bildirib. O qeyd edib ki, hazırda Çin ixracı Avropa bazarına sürətlə daxil olur və bu vəziyyət nə Avropa, nə də Çin üçün uzunmüddətli baxımdan davamlı deyil.
“Çin ixracatı hazırda Avropaya axın edir. Bu, həm Avropa, həm də Çin üçün davamlı deyil”, – deyə Makron vurğulayıb.
Eyni zamanda Fransa prezidenti Aİ üzvü olan ölkələri Çin mallarına qarşı tariflərin tətbiqindən çəkinməyə çağırıb və bu cür addımların münasibətləri daha da gərginləşdirə biləcəyini bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidməti bəyan etmişdi ki, əgər Vaşinqton Aİ üçün əlverişsiz olan Ukrayna ilə bağlı razılaşmanı davam etdirərsə, Böyük Britaniya, Fransa və Almaniya ABŞ-ı Çinlə yaxınlaşma ehtimalı ilə şantaj etməyi planlaşdırır.
DOĞRU.AZ




























