image-n1karobka_ads
image-123
image-693121a102e8bd79ce1db1cfbackend

Makron Çini Avropada fabriklər tikməyə çağırdı

image-ad_qayo_720x110px

Fransa Prezidenti Emmanuel Makron Çini Avropada fabriklər tikməyə və avropalılar üçün yeni iş yerləri yaratmağa dəvət edib.

Doğru.az xəbər verir ki, o, bu barədə Pekində Çin sədri Si Cinpinlə danışıqlardan sonra yayımladığı bəyanatda bildirib. TASS Makronun sözlərini belə sitat gətirir: “Əslində Avropa rəqabətədavamlı olmaq və daha çox sərmayə qoymaq üçün islahatlar aparmalıdır”.

Fransa liderinin sözlərinə görə, Çin tərəfi də öz daxili istehlakını gücləndirmək üçün yeni gündəm axtarır.

Makron əlavə edib: “Biz əlavə dəyər və iş yerləri yarada biləcək Avropaya birbaşa Çin sərmayəsini artırmaq üçün çərçivə tapmalıyıq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki