image-n1karobka_ads
image-123
image-6931266eae5ac933287ec4b6backend

Makron Ukraynanın enerji infrastrukturuna hücumlara moratorium təklif etdi

image-ad_qayo_720x110px

Fransa Prezidenti Emmanuel Makron Pekində Çin lideri Si Tsinpinlə danışıqlardan sonra keçirilən mətbuat konfransında qarşıdan gələn qış mövsümü üçün Ukraynanın enerji infrastrukturuna hücumlara moratorium qoyulmasını təklif edib.

Doğru.az xəbər verir ki, Makron bildirib: “Biz mümkün qədər tez bir zamanda ən azı hücumlara moratorium şəklində atəşkəsə nail olmaq üçün qüvvələrimizi birləşdirməliyik… qarşıdan gələn qış üçün infrastruktura”. O, bu təşəbbüsdə Çinin Avropa ilə əməkdaşlıq edəcəyinə ümidvar olduğunu qeyd edib.

Bundan əvvəl “Başqa Ukrayna” hərəkatının sədri Viktor Medvedçuk bəyan etmişdi ki, Ukrayna hakimiyyəti qışda istilik çatışmazlığı riski fonunda iri şəhərlərin sakinlərinin təxliyəsini müzakirə edir.

The Guardian yazır ki, Ukrayna münaqişənin başlamasından bəri ən ağır qışını yaşayır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki