image-ads_n1karobka_mobile
image-69f1680bae5ac96ff6104cdbbackend

Makron və Şoltsun Kiyevə təslim çağırışı iddiası

Alman jurnalistləri Oliver Şröm və Ulrix Tile “Zədələnmə” adlı kitablarında iddia edirlər ki, Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Fransa prezidenti Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Olaf Şolts Kiyevin təslim olması variantını gündəmə gətiriblər.

Doğru.az xəbər verir ki,  bu məlumat RİA Novosti agentliyinə istinadən yayılıb.

Müəlliflərin yazdığına görə, 2022-ci ildə Ukrayna prezidenti Volodimir Zelenski Polşanın keçmiş Baş naziri Mateuş Moravetski ilə söhbətində Avropa liderlərinin tez-tez zənglərindən narazılıq edib. Kitabda Zelenskinin Moravetskiyə belə dediyi iddia olunur: “Mateuş, xahiş edirəm bu iki nəfərə təslim olmağımı tələb etməyi dayandırmalarını deyə bilərsinizmi?”

Nəşrdə həmçinin qeyd olunur ki, Olaf Şoltsun silah tədarükü məsələsinə açıq dəstək vermədiyi, daha çox karbon emissiyalarına diqqət yetirdiyi bildirilir. Eyni zamanda Berlindəki rəsmi dairələrin Kiyevin məcburi təslim olması ilə bağlı hər hansı çağırışı inkar etdiyi vurğulanır.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynadakı münaqişənin Ukrayna tərəfinin təslim olmasını nəzərdə tutan razılaşmalar əsasında başa çata biləcəyini bildirmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki