image-2000x150px
image-123
image-ads_atlas
image-medium_2022-12-28-4f5eb68010backend

“Mançester Siti”dən qələbə, PSJ autsayderi son anda üstələdi – VİDEO

image-728x90px

Fransanın Birinci Liqasında 16-cı turun oyunları keçirilir.

Lider PSJ doğma meydanında turnir cədvəlində sondan ikinci yerdə qərarlaşan “Strasburq”u qəbul edib.

Qarşılaşma autsayderin layiqli müqavimətilə yadda qalıb. Matçda ilk iki qolu (əvvəlcə rəqib, sonra öz qapısına) PSJ-nin kapitanı Markinyos vurub. PSJ yalnız oyuna əlavə edilmiş 6-cı dəqiqədə qələbə qolunu vura bilib. Bu dəfə də Mbappe komandasına qələbə qazandırıb – 2:1.

Qeyd edək ki, Parislilər ikinci hissənin böyük qismini azlıqda keçirməli olublar. İlk qolun ötürməsini edən Neymar 63-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoyub.

Bundan əlavə, matçdan öncə paytaxt klubu 30 yaşlı Marko Veratti ilə müqaviləsinin 2026-cı ilədək uzadıldığını elan edib.

İngiltərə Premyer Liqasında isə artıq 17-ci tura yekun vurulub.

Turun son matçında ötənilki çempion “Mançester Siti” ilə “Lids Yunayted” qarşılaşıb. “Şəhərlilər” səfərdə özlərini evdəki kimi hiss ediblər. Meydan sahiblərinin qapısından 3 top keçirən Qvardiolanın yetirmələri cəmi 1 top buraxaraq qələbəni təmin ediblər – 1:3.

Komandanın bombardiri Holand bu oyunda da dublla yadda qalıb.

DOĞRRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki