image-2000x150px
image-123
image-ads_atlas
image-marshbackend

Marşımız türk serialında

image-728x90px

Türkiyənin ATV kanalında yayımlandığı ilk gündən tamaşaçıların rəğbətini qazanan “Yalnız qurd” (Yalnız kurt) serialının 5-ci bölümünün önizləməsi internetə yerləşdirilib. Fraqmentdə “Nuri Killigil / Qafqaz İslam Ordusu” Marşına yer verilib. Sözləri Nəriman Həsənzadəyə, bəstəsi Əli Behbuzadəyə məxsus olan marşı Şəmistan Əlizamanlı səsləndirir. Fraqmentdə Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın fabrikindəki partlayışdan sonra baş verənlər ekrana gətirilir. Sosial şəbəkələrdə “Yalnız qurd” serialının pərəstişkarları “Əfsanəvi bir bölüm gəlir” kimi şərhlər yazırlar.

Türkiyənin yaxın tarixini işıqlandıran serial son illərdə baş verən çevrilişləri, xəyanətləri, qətlləri, anarxiya və terroru əhatə edir. İlk seriyaları ilə diqqəti cəlb edən serialda Cihan Ünal, Hasan Denizyaran, Damla Çolbay, Murat Han və Polat Bilgin kimi aktyorlar çəkiliblər. “Sinagraf” şirkətinin istehsalı olan serialın rejissoru Çağatay Tosun, icraçı prodüseri Yusuf Ömer Yavaş, ssenari müəllifləri Murat Koca və Ali Alper Erze, prodüseri Osman Sınavdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki