image-n1karobka_ads
image-123
image-6947a22b02e8bd5ce95a3c89backend

Maykl Flinn: MKİ Rusiya–NATO müharibəsi ideyasını dəstəkləyir

image-ad_qayo_720x110px

ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya ilə NATO arasında mümkün müharibə ideyasını dəstəklədiyini iddia edib.

Doğru.az xəbər verir ki, Flinn bu barədə sosial şəbəkə X-də paylaşım edib. O bildirib ki, MKİ Böyük Britaniyanın MI6 kəşfiyyat xidməti və Aİ kəşfiyyat icmasındakı bəzi şəxslərlə əlbirdir: “Onlar və administrasiyamızdakı digər müharibə qızışdırıcıları sonsuz müharibə istəyirlər”.

Flinn xatırladıb ki, ABŞ 20 ildir Əfqanıstan və İraqda hərbi fəaliyyət göstərib və bu proses ölkəyə nüfuz itkisi və trilyonlarla dollar xərc bahasına başa gəlib.

O, eyni zamanda Donald Trampı Şərqi Avropaya müdaxilə etməyə çağıraraq vurğulayıb ki, Amerika xalqı artıq “kiçik diktatora” pul xərcləmək istəmir.

Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü Dmitri Belik NATO-nun aqressiv siyasət apardığını bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki