image-2000x150px
image-123
image-ads_atlas
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Türkiyədə görüşlər keçirib-FOTOLARbackend

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Türkiyədə görüşlər keçirib-FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Səfər çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Azad Cəfərli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalarla görüşüb. Görüşdə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və TİKA-nın kabinet rəhbəri Samet Kapısız iştirak edib.
Görüşdə mədəni irsin qorunması, bərpası sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması istiqamətində fikir mübadiləsi aparılıb.

İki ölkə arasında mədəni irs sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin böyük perspektivlərinin olduğu vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
* * *
Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Azad Cəfərli və Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş ilə görüşüb. Görüşdə iki tərəfli əməkdaşlığın genişlədirilməsi, iki qardaş ölkə mədəniyyətinin təbliği, mədəni irsin tanıdılması məsələləri müzakirə olunub.

Mədəni irsin qorunması ilə yanaşı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin fəaliyyəti, təlimlərin təşkili sahəsində əməkdaşlığın perspektivləri qeyd olunub. Mərkəzinin inkişaf etdirilməsi üçün Türkiyənin təcrübəsindən yararlanmaq, təlim-tədris məsələləri, eləcə də texniki dəstəyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki