image-ads_n1karobka_mobile
image-img-20260304-wa0556backend

Mədəniyyət Nazirliyinin rəhbərliyi Kubrabəyim Əliyevanı ziyarət edib – FOTO

image-add-a-heading

Bu gün həyatımın ən yaddaqalan və mənəvi baxımdan ən dəyərli günlərindən biri kimi yaddaşımda xüsusi yer tutdu. Müqəddəs Ramazan ayı ərəfəsində, xalqımızın zəngin milli-mənəvi irsini yaşadan əziz Novruz bayramının Od çərşənbəsində evimdə ziyarət olunmağım, mənə göstərilən diqqət və ehtiram qəlbimi dərin sevinc və minnətdarlıq hissi ilə doldurdu.

Doğru.az xəbər verir ki, sənətkarın sözlərinə görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi rəhbərinin, hörmətli Adil Kərimli təşəbbüsü ilə nazir müavini Murad Hüseynov və Nazirliyin dəyərli əməkdaşları Mənzər xanım və Bella xanım onu ziyarət ediblər.

Murad müəllim görüş zamanı bildirdi ki, cənab Nazir Adil Kərimli səhhətimlə yaxından maraqlanır, hazırkı durumumla bağlı məlumatları diqqətlə izləyir və mənə ən səmimi salamlarını, dərin hörmət və ehtiramını çatdıraraq bayram münasibətilə təbriklərini ünvanlayır. Azərbaycan mədəniyyətinə uzun illər ərzində bəxş etdiyim töhfələrin yüksək qiymətləndirildiyini qeyd etməsi mənim üçün böyük mənəvi dəstək oldu.

Bu çətin dönəmdə mənə səbr, möhkəm iradə və tezliklə sağalaraq yenidən doğmalarımın və sənətsevərlərin sevincinə qovuşmağım arzulanması qəlbimi duyğulandırdı.

Bu diqqət təkcə rəsmi nəzakət nümunəsi deyil, eyni zamanda mədəniyyətə və sənətə göstərilən səmimi münasibətin bariz ifadəsidir. Cənab Nazir Adil Kərimli mədəniyyət sahəsinə göstərdiyi xüsusi qayğı, sənət adamlarına həssas yanaşması və yüksək idarəçilik bacarığı ilə seçilən rəhbərdir. Onun yaradıcı insanlara verdiyi dəyər və mənəvi dəstəyi biz sənətkarlar üçün mühüm ruh yüksəkliyi və stimul mənbəyidir. Mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər və sənət ocaqlarına göstərdiyi diqqət xüsusi təqdirə layiqdir.

Səmimi görüşümüz zamanı sənət yolumun müxtəlif mərhələlərini xatırladıq, teatrın inkişafı, səhnə əsərləri və mədəni həyatımızın dəyərli anları haqqında fikir mübadiləsi apardıq. Keçmiş illərin xoş xatirələri yenidən canlandı və bu görüşün yaratdığı mənəvi istilik uzun müddət qəlbimdə və yaddaşımda yaşayacaq.

Mənə göstərilən bu yüksək münasibətə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, xüsusilə hörmətli cənab Nazir Adil Kərimli, nazir müavini Murad Hüseynova, Mənzər xanıma, Bella xanıma və bütün kollektivə dərin təşəkkürümü bildirir, hər birinə məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,
Kubrabəyim Əliyeva

DOĞRU.AZ 

image-img-20260304-wa0555 image-img-20260304-wa0554 image-img-20260304-wa0553


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki