image-2000x150px
image-123
image-ads_atlas
image-7a3add76-7e41-358e-9978-d3acb194c606_850backend

MEDİA-nın direktoru düşmənin informasiya hücumlarının qarşısının alınması ilə bağlı çağırış edib

image-728x90px

“Düşmənin informasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalı, İT mütəxəssisləri ilə müdafiə gücləndirməli, təhlükəsizlik tədbirləri davamlı olmalıdır”.

Bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.

O vurğulayıb ki, bu gün strateji informasiya müharibəsində öz virtual sərhədlərini qorumaq Azərbaycan dövlətinin prioritetlərindən biridir. İnformasiya bilgilərinin artırılması, eyni zamanda, “Dövlət sirri haqqında” qanunun tələblərinə riayət olunması həm jurnalistlərin, həm də sosial şəbəkə istifadəçilərinin vəzifəsidir”.

Ə.İsmayılovun sözlərinə görə, informasiya təhlükəsizliyi sahəsində təkcə media nümayəndələri ilə deyil, ölkə vətəndaşları ilə də hüquqi maariflənmə işlərinin aparılması vacibdir:

“Düşmənin informasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalı, İT mütəxəssisləri ilə müdafiə gücləndirməli, təhlükəsizlik tədbirləri davamlı olmalıdır. Vikipediya, Google maps, Youtube, Facebook kimi beynəlxalq resurslarda ermənilərin yalan məlumatlarına adekvat olaraq müxtəlif dillərdə Azərbaycan həqiqətlərini əks etdirən informasiyalar yerləşdirilməlidir.

Təcrübəli alimlərimiz, tədqiqatçılarımız, ümumilikdə bütün ziyalılarımız yalan məlumatların, dezinformasiyanın qarşısının alınmasında fəal iştirak etməlidirlər”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki