image-n1karobka_ads
image-123
image-img-20251203-wa0184backend

Mediatur iştirakçıları Şəki Xan sarayını ziyarət edib – FOTO

image-ad_qayo_720x110px

Dekabrın 2–3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Şəki şəhərinə səfəri keçirilib.

Doğru.az xəbər verir ki, mediaturun məqsədi Şəkinin daxili turizm imkanlarını, bölgədə yaradılan şəraiti və həyata keçirilən layihələri geniş ictimaiyyətə təqdim etmək olub.

Səfər zamanı jurnalistlər Şəkinin Öyrət kəndində yerləşən “BioGarden” eko-aqro turizm təsərrüfatı ilə tanış olublar. Bildirilib ki, səkkiz hektarlıq ərazini əhatə edən bağda üç mindən çox meyvə ağacı və arıçılıq təsərrüfatı mövcuddur. Qeyd olunub ki, “BioGarden” 2010-cu ildən aqroekoloji turizm sahəsində fəaliyyət göstərir və əsas məqsədi bölgədə aqrobio müxtəlifliyin inkişafına nail olmaq, ekoloji təmiz kənd təsərrüfatı məhsullarını istehsal etmək və aqroturizm imkanlarını genişləndirməkdir.

Səfərin növbəti dayanacağı Şəkinin qədim ipəkçilik mərkəzlərindən olan “Azəripək” ASC olub. Jurnalistlərə müəssisənin baramadan xam ipək açan, toxucu, boyaq-bəzək, burucu və xalça sexlərinin fəaliyyəti barədə məlumat verilib. Müəssisədə 100% təbii xam ipək, kəlağayı, şərf, çitmə və digər ipək məhsullar istehsal olunur və bu məhsullar xarici ölkələrə ixrac edilir.

Media nümayəndələri həmçinin şəhərin sənətkarları ilə görüşüb, Şəki halvasının hazırlanması prosesini izləyiblər. Halvaçı Xosrov Qafarov şirniyyatın hazırlanma incəlikləri barədə danışıb. Dulusçu Əhəd Məmmədov isə öz emalatxanasında master-klas təqdim edərək əl işlərinin hazırlanma mərhələlərini göstərib.

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna səfər zamanı jurnalistlərə tarixi abidələr, maddi-mədəniyyət nümunələri və Şəki Xan Sarayı haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, qoruqda cari bərpa və yenidənqurma işləri davam edir və hazırda Dairəvi Məbəddə bərpa işləri aparılır.

Mediatur çərçivəsində jurnalistlər sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsində də olublar. Media nümayəndələrinə “Süsən” brendi ilə hazırlanan kəlağayılar, onların çeşidi və bazar tələbatı barədə məlumat verilib.

Səfərin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

DOĞRU.AZ

image-img-20251203-wa0158 image-img-20251203-wa0160 image-img-20251203-wa0161 image-img-20251203-wa0162 image-img-20251203-wa0163 image-img-20251203-wa0164 image-img-20251203-wa0165 image-img-20251203-wa0166 image-img-20251203-wa0167 image-img-20251203-wa0168 image-img-20251203-wa0169 image-img-20251203-wa0170 image-img-20251203-wa0173 image-img-20251203-wa0174 image-img-20251203-wa0175 image-img-20251203-wa0176 image-img-20251203-wa0177 image-img-20251203-wa0178 image-img-20251203-wa0179 image-img-20251203-wa0180 image-img-20251203-wa0182 image-img-20251203-wa0183 image-img-20251203-wa0184 image-img-20251203-wa0159 image-img-20251203-wa0185 image-img-20251203-wa0186 image-img-20251203-wa0157 image-img-20251203-wa0181

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki