image-2000x150px
image-123
image-ads_atlas
image-danialves-pic_32ratio_900x600-900x600-12177backend

Məhkum olan futbolçu Dani Alves azadlığa çıxıb

image-728x90px

Futbol üzrə olimpiya çempionu Dani Alves apelyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. 

Nəşrin məlumatına görə, braziliyalı girov müqabilində 1 milyon avro toplaya bilib. Onun hesabları dondurulub. Dani Alves bir milyon avroluq girov yazmaqla yanaşı, mühafizəsi vasitəsilə iki pasportunu, Braziliya və İspan pasportunu təhvil verib. Futbolçu ölkəni tərk edə bilməyəcək. O, həftədə bir dəfə məhkəməyə gəlməlidir. Alves son 14 aydır həbsdədir.

2024-cü il fevralın 22-də Braziliya millisinin və “Barselona”nın keçmiş müdafiəçisi Dani Alves təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü ilin yanvarında bir qadının dekabrın 30-da Barselonadakı gecə klubunda futbolçunun əlini alt paltarının altına qoyması ilə bağlı polisə müraciətindən sonra futbolçu nəzarətə götürülüb.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki