image-ads_n1karobka_mobile
image-fotojetbackend

Mehriban Əliyevanın göstərişi ilə göndərilən 2-ci yardım təyyarəsi Türkiyəyə çatıb – YENİLƏNİB + FOTO/VİDEO

image-add-a-heading

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, ötən gecə Türkiyənin zəlzələ bölgəsinə göndərilən növbəti humanitar yardım təyyarəsi artıq Adanaya çatıb.

Bu barədə “Real” TV məlumat verib:

09:27

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, ötən gecə Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb.

Budəfəki humanitar yardıma faciədən zərərçəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı sobalar, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.

Heydər Əliyev Fondu, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin dəstəyi ilə göndərilən yardım zəlzələ bölgəsinə çatdırılacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə fondun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları həmin yardım çərçivəsində zəlzələdən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıblar.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki