image-n1karobka_ads
image-123
image-86182backend

Məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə başlanılır

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə başlanılır.

Bu barədə Doğru.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili mayın 1-dən 5-dək olan günləri əhatə edəcək.

Tətildən sonra ilk dərs günü mayın 6-da olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki